Azərbaycanın "Azerspace-2" telekommunikasiya peykinin 2018-ci il mayın 25-də orbitə buraxılması nəzərdə tutulub. Bu barədə Fransanın "Airanespace" şirkətinin saytında məlumat verilir.
““Airanespace” mayın 25-də "Azerspace-2" telekommunikasiya peykini Ariane-5 raket daşıyıcısının köməyi ilə geostasionar orbitə buraxacaq”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, “Azərkosmos” ASC və “Airanespace” şirkəti arasında Azərbaycanın ikinci telekommunikasiya peykinin geostasionar orbitə çıxarılmasına dair müqavilə 2015-ci ilin dekabr ayında imzalanıb.*
N.Abbasova