Koreya Xalq Demokratik Respublikasının (KXDR) xarici işlər naziri Ri Yon-ho 6-8 aprel tarixlərində Türkmənistanda rəsmi səfərdə olacaq. Bu barədə “İnterfaks”a məlumatlı mənbə xəbər verib.
"Ri Yon-ho bu gün Azərbaycandan Türkmənistana rəsmi səfərə yola düşəcək", - deyə məlumatda bildirilir.
"Nazir bazar ertəsi Türkmənistandan Moskvaya gedəcək”, - deyə mənbə qeyd edib.
Türkmənistanda KXDR XİN başçısının türkmənistanlı həmkarı Rəşid Meredovla görüşəcəyi gözlənilir.
Qeyd edək ki, Ri Yon-ho 5-6 aprel tarixlərində Bakıda səfərdə olub.*