“Meliorasiya və Su Təsərrüfatı” (MST) ASC Qazax rayonunun Qaymaqlı kəndində nasos stansiyalarının və yeraltı suvarma şəbəkəsinin bərpasına 2 mln. manatdan artıq vəsait yönəldəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
"İşlərin podratçısı «Fərhad» MMC olacaq. Tərəflər arasında 2,036 mln. manat dəyərində müvafiq müqavilə imzalanıb", - deyə məlumatda bildirilir.
Sözügedən işlərin həyata keçirilməsi nəticəsində Qaymaqlı kəndində 500 hektar əkin sahəsinin suvarılma sistemi yaxşılaşacaq.*
B.Rüstəmbəyov