Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri Qoşulmama Hərəkatının bir sıra üzv-ölkələrini təşkilatın və BMT Xartiyasının suverenlik, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmamaq prinsiplərini pozmaqda ittiham edib.
“Qoşulmama Hərəkatının bəzi üzvləri qurumun və BMT Xartiyasının suverenlik, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmamaq prinsiplərini pozurlar”, - B.Cəfəri bu gün Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında deyib.
Onun sözlərinə görə, bu amillər Qoşulmama Hərəkatının oynadığı tarixi rola mənfi təsir edib. “Bütün bunlar onu göstərir ki, daha güclü olmaq lazımdır”, - B.Cəfəri bildirib.
Onun sözlərinə görə, regionun üzləşdiyi daha bir problem terror qruplaşmalarına bəzi üzv-ölkələr tərəfindən maliyyə və hərbi dəstəyin göstərilməsidir. **
F.İsazadə