Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri ABŞ və Türkiyənin rəsmi Dəməşqə qarşı yürütdüyü təcavüzkarlıq siyasətini pisləməyə çağırıb.
“Biz ABŞ və Türkiyənin Suriyaya qarşı təcavüzkarlıq siyasətini pisləməyə çağırırıq”, - B.Cəfəri bu gün Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında deyib.
O qeyd edib ki, Suriyanın ərazi bütövlüyü və suverenliyi pozulur. “Suriya məsələsinin həlli yalnız ərazi bütövlüyü və suverenlik prinsipinə əsaslana bilər”, - B.Cəfəri vurğulayıb. **