Rəsmi Dəməşq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətmanələr əsasında həllinin tərəfdarıdır. Bunu Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri bəyan edib.
“Biz Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətmanələr əsasında həllinin tərəfdarıyıq”, - B.Cəfəri bu gün Bakıda jurnalistlərə bildirib.
Suriyanı tərk edən terrorçuların Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsi məsələsini şərh edən B.Cəfəri bildirib ki, beynəlxalq terror müharibələr və münaqişələrin bir hissəsidir. “Mənim bu barədə məlumatım yoxdur. Lakin beynəlxalq terror müharibələr və münaqişələrin bir hissəsidir və nəinki Suriya, həm də İraq və Liviya, ümumilikdə bütün dünyaya qarşı yönəldilib. Biz təhlükə barədə beynəlxalq birliyə, terrorçuların Suriyaya yollandığı ölkələrə xəbərdarlıq etmişik, ki bir zamanlar onlar geri qayıdacaqlar. Ancaq heç kəs bizi dinləmədi və indi dünya məsuliyyət daşımalıdır”, - B.Cəfəri əlavə etdi.
ABŞ prezidenti Donald Trampın Suriyadan qoşunları çıxarmaq planlarını şərh edən B.Cəfəri vurğulayıb ki, Suriya tərəfi bu məsələ ilə bağlı rəsmi məlumat əldə etməyib. **
F.İsazadə