Rəsmi Bağdad Mosulun azad olunması əməliyyatı zamanı saxlanılan qadınların və uşaqların Azərbaycana qaytarılması məsələsinin müzakirəsinə hazırdır. Bunu İraqın xarici işlər nazirinin müavini SaidŞorşXalid deyib.
“Biz, İraq hökuməti olaraq bu məsələnin müzakirəsinə hazırıq. Bir çox ölkəyə, Rusiya ilə olduğu kimi, uşaqların geri qaytarılmasında köməklik göstərmişik”, - S.Ş.Xalid Bakıda jurnalistlərə bildirib.
Öncə Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov bəyan edib ki, Bakı İraqda olan qadınlar və uşaqların qaytarılması ilə bağlı iş aparır. Onun sözlərinə görə, İraq hökuməti ilə həmin şəxslərin İraqa necə keçmələri, orada hansı işlə məşğul olmaları və gələcəklərinə dair müzakirələr aparılır. “Hər şəxsə fərdi yanaşma tətbiq olunacaq. İraqda 100-dən artıq azərbaycanlı qadın və uşaq var”, - nazir əlavə edib. **
F.İsazadə