Azərbaycan 2018-ci ilin yanvar-fevral aylarında $241,7 mln. məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 37,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Bu ilin yanvar-fevral aylarında ixracın strukturunda əsas həcm qızıl ($24,4 mln.), elektrik enerjisi ($20,3 mln.), xurma ($19 mln.), ilkin formada polietilen ($18,5 mln.), təmizlənmiş fındıq ($15,4 mln.), pomidor ($14,7 mln.), pambıq lifi ($9,9 mln.), emal olunmamış alüminium ərintilərinin ($7,4 mln.) payına düşüb.
Bu dövrdə Azərbaycan daha çox meyvə və tərəvəz ($58,4 mln.) ixrac edib
Yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft məhsullarını idxal etmiş ölkələrin ilk beşliyində Rusiya ($67,8 mln.), Türkiyə ($65,4 mln.), İsveçrə ($25,9 mln.), Gürcüstan ($17,4 mln.) və Çin ($7,6 mln.) qərarlaşıb.*
B.Rüstəmbəyov