2018-ci ilin yanvar-fevral aylarında 18 iri dövlət və özəl şirkət tərəfindən Azərbaycandan qeyri-neft məhsullarının ümumi ixrac həcmi $145,197 mln. təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
"2018-ci ilin yanvar-fevral aylarının yekunları üzrə dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($34 mln.), özəl şirkətlər arasında isə “Azerbaijan International Mining Company” ($18,5 mln.) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub", - məlumatda bildirilir.
Dövlət şirkətləri arasında qeyri-neft məhsullarının ən iri ixracatçıları sırasına "Azərenerji" ($20,3 mln.) “Det-al Aluminum” ($17,6 mln.), "AzerGold" QSC ($6,7 mln.), və “Azərbaycan Hava Yolları” QSC ($2,8 mln.) də daxildir.
Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk beşlikdə «Aqrodoctor» MMC ($9,2 mln.), "MTK Istehsalat Kommersiya" MMC ($8,4 mln.), Baku Steel Company ($4,9 mln.), “Gulf Drilling Azerbaijan” ($4,5 mln.), «CTS-Agro» ($3,8 mln.) MMC, təmsil olunur.
Xəbər verildiyi kimi, Azərbaycan bu ilin yanvar-fevral aylarında $241,7 mln. məbləğində qeyri-neft məhsulu ixrac edib.**
N.Abbasova