2018-ci ilin fevral ayında “Azexport.az” portalına $37,6 mln. ümumi məbləğdə ixrac sifarişləri daxil olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Ümumilikdə 2017-ci ilin 1 yanvar tarixindən 2018-ci ilin 28 fevral tarixinə kimi ixrac sifarişlərinin dəyəri $594,1 mln., həmçinin yanvar-fevral aylarında $119,1 mln. təşkil edib.
Fevralda ən çox ixrac sifarişi şərab, çay, fındıq ləpəsi, xurma, alma, ipək xalçalar, meyvə dadlı süd, şəkər tozu, yumurta, ət konservləri, kərə yağı, bint, tikinti kərpici və s. olub.
Yanvar-fevral aylarında portala daxil olan sifarişlərin 17,8%-i Rusiya, 5,9%-i Türkiyə, hər biri 5% olmaqla Ukrayna, İran, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, 4%-i BƏƏ və Almaniya, hər biri 3% olmaqla Qazaxıstan və Misirin payına düşüb.
2017-ci ildə “Azexport.az” portalına $475 mln. ümumi məbləğdə ixrac sifarişləri daxil olub
2016-cı ilin dekbar ayında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Azexport.az” portalını istifadəyə verib. **
B.Rüstəmbəyov