İtaliya ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir və danışıqların yeni formatını müzakirə etmək niyyətində deyil. Bunu İtaliya prezidenti Serco Mattarella deyib.
“Ermənistan prezidenti Serj Sarkisyan Romada S.Mattarella ilə görüşdə bildirib ki, respublika 2018-ci ildə ATƏT-ə sədrlik edən İtaliyanın prioritetlərini dəstəkləyir”, - deyə Ermənistan prezidentinin mətbuat xidmətindən verilən məlumatda qeyd olunur.
S.Mattarella deyib ki, onun ölkəsi ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş səylərini dəstəkləyir və danışıqların hər hansı bir digər formatını müzakirə etmək niyyətində deyil.
O, ümidvar olduğunu bildirib ki, təşkilat münaqişə tərəfləri ilə birlikdə doğru yol tapacaq və problem qarşılıqlı kompromislər əsasında tezliklə həll olunacaq.*