Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (ARİKZF) “Kredit reytinqi modeli” və “Erkən xəbərdarlıq sistemi”nin yaradılması məqsədilə tenderin müddətini mayın 3-dək uzadıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
“Tender təkliflərinin qəbulu cari il mayın 3-dək uzadılıb. Tender proseduru mayın 4-də baş tutacaq”, - fonddan qeyd ediblər.
Xəbər verildiyi kimi, şərtlərə əsasən hər iki sistem tenderin qalibi ilə müqavilə imzalandığı andan etibarən 3 ay ərzində yaradılmalıdır.
Tenderdə iştirak haqqı 250 manatdır. **
N.Abbasova