2018-ci ilin yanvar-fevral aylarında əhalinin bank əmanətləri 2,5% - 7 mlrd. 750,3 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Cari ilin yanvar-fevral aylarında əhalinin xarici valyutada əmanətləri 4,2% - 4 mlrd. 815,1 mln. manatadək və ya bütün əmanətlərin 62,1%-i azalıb (2017-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 66,5% təşkil edib).
2018-ci ilin yanvar-fevral aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 16% - 2 mlrd. 935,2 mln. manatadək artıb (bütün əmanətlərin 37,%-i).
28 fevral 2018-ci il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 7 mlrd. 14,2 mln. manat, qeyri-rezidentlərin - 736,1 mln. manat təşkil edir. Yanvar-fevral ayları ərzində rezidentlərin əmanətlərinin həcmi 2,9% artıb, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 1,1% azalıb.
Ümumilikdə, 2018-ci il fevralın 1-nə banklarda əmanət və depozitlərin həcmi 20 mlrd. 861,5 mln. manat təşkil edir ki, bu da 2017-ci ilin sonuna olan göstəricidən 1,3% çoxdur.**
A.Əzizov