Yanvar-fevral aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatların (BOKT) kredit portfeli 2018-ci il fevralın 28-nə 1,7% - 11 mlrd. 561,1 mln. manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Martın əvvəlinə vaxtı ötmüş kreditlərin həcmi 1 mlrd. 700,9 mln. manta (yanvar-fevral ayları ərzində artım 4,5%) və ya bütün kreditlərin 14,7%-i təşkil edir.
Fevralın 28-nə dövlət payı ilə banklar tərəfindən 1 mlrd. 814,2 mln. manat (azalma 5,3%) və ya bütün keditlərin 15,7%-i, özəl banklar tərəfindən 9 mlrd. 333 mln. manta (azalma 0,9%) və ya bütün kreditlərin 80,7%-i verilib. Qalan məbləğ BOKT-ların payına düşür.
2018-ci il martın əvvəlinə verilən kredtlərin ümumi həcmindən 7 mlrd. 7,3 mln. manat milli valyutada ktreditlərin (artım 0,8%), 4 mlrd. 553,8 mln. manat xarici valyutada kreditlərin (azalma 5,2%) payına düşür. Bununla belə, fevral ayının yekunları üzrə xarici valyutada kreditlərin xüsusi çəkisi 39,4% təşkil edir (2017-ci ilin sonuna - 40,8%).
Cari ilin fevral ayının 28-nə olan vəziyyətə görə, bankların kredit qoyuluşlarının strukturunda 2 mlrd. 1,3 mln. manat (bütün kreditlərin 17,3%-i) ticarət və xidmət sahəsinin, 311,4 mln. manat (2,7%) energetika, kimya və təbii sərvətlər sektorunun, 442,1 mln. manat (3,8%) kənd təsərrüfatı və emal sahəsinin, 514,9 mln. manat (4,5%) daşınmaz əmlak sahəsinin, 658,4 mln. manat (5,7%) sənaye və istehsalat sektorunun, 983,3 mln. manat (8,5%) nəqliyyat və rabitə sahəsinin, 4 mlrd. 575,3 mln. manat (39,6%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Bununla belə, yanvar-fevral aylarında ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə bankların portfeli 0,7% azalıb. 2018-ci ilin fevral ayında cari ilin yanvar ayı ilə müqayisədə istehlak kreditləşməsi üzrə bankların portfeli 1,2% artıb. **
A.Əzizov