2018-ci ilin yanvar-fevral aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankları tərəfindən 33,8 mln. manat məbləğində ipoteka krediti verilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 35,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Fevral ayında agent banklar tərəfindən 19,2 mln. manat məbləğində ipoteka krediti verilib.
AMB-nin məlumatına görə, cari ilin yanvar-fevral aylarında İKZF 39,1 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib (2017-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 98 dəfə - İF).
Fevral ayında fond sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 50 mln. manat alıb.
İKZF 2018-ci ilin yanvar-fevral aylarında istiqrazların yerləşdirilməsindən 35 mln. manat cəlb edib.
2017-ci ildə fondun agent bankları tərəfindən 202,9 mln. manat məbləğində ipoteka krediti verilib.*
A.Əzizov