"PSG-Kapital İnvestisiya Şirkəti" QSC nizamnamə kapitalını iki dəfə - 2 mln. manatadək artırıb planlaşdırır. Bu barədə şirkətin məlumatında deyilir.
"Nizamnamə kapitalının artırılması 1 mln. manatlıq səhmin əlavə emissiyası hesabına həyata keçirilib”, - məlumatda bildirilir.
Əlavə emissiya hər birinin nominal dəyəri 1 min manat olan 1 min ədəd səhmə bölünüb.
“PSG-Kapital” 2012-ci ildən etibarən Azərbaycanın qiymətli kağızlar bazarında fəaliyyət göstərir. **
A.Əzizov