Emin Əfəndiyev “Azərpoçt” MMC-nin baş direktoru təyin olunub. Bu barədə MMC-nin saytında məlumat verilir.
“Aprel ayından etibarən E.Əfəndiyev “Azərpoçt” MMC-nin rəhbəri təyin edilib. Bu vəzifədə o Ülvi Mansurovu əvəz edib”, - məlumatda qeyd olunur.
Hazırki təyinatına qədər E.Əfəndiyev “Банк “МБА-МОСКВА” MMC-nin ("Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Rusiyadakı törəməsi) İH-nin sədri vəzifələrində işləyib.
E.Əfəndiyev əmək fəaliyyətinə 1992-ci ildə başlayıb. Azərbaycanda “Kapital Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC-də çalışıb. **
N.Abbasova