Prezident İlham Əliyev Macarıstanın baş naziri Viktor Orbanı təbrik edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Başçılıq etdiyiniz koalisiyanın ölkənizdə keçirilmiş parlament seçkilərində qələbəsi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Seçkilərin nəticələri həyata keçirdiyiniz siyasətə xalqınızın dəstəyini, Sizə olan etimadını bariz şəkildə əks etdirir. İnanıram ki, Azərbaycan ilə Macarıstan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafı yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Macarıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”, - deyə təbrik məktubunda bildirilir.*
F.İsazadə