2018-ci il martın 1-nə Azərbaycanda banklar tərəfindən 2,444 min ədəd bankomat quraşdırılıb ki, bu da 2017-ci ilin sonuna olan göstəricidən 0,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2018-ci il martın 1-nə Bakıda 1,318 min ədəd (artım 0,7%), regionlarda 1,126 min ədəd bankomat (artım 0,2%) quraşdırılıb.
AMB-nin məlumatına görə, 2018-ci ilin fevral ayında respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayında azalma temdensiyası qalıb. Xüsusilə 2018-ci il martın 1-nə onların sayı 65,24 min ədəd (azalma 0,3%) təşkil edir.
Bakıda 36,8309 min ədəd (azalma 0,6%), regionlarda 28,401 min ədəd (həmin səviyyədə) pos-terminal mövcuddur.
Pərakəndə ticarət obyektlərində 63,965 min ədəd pos-terminal və ya bütün pos-terminalların 98%-i quraşdırılıb. **
B.Rüstəmbəyov