Aprelin 9-dan etibarən Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 13%-dən 11%-dək endirib. Bunu AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün mətbuat konfransında deyib.
“Azərbaycanda orta illik inflyasiyanın səviyyəsi azalmaqda davam edir. Bu və bir sıra digər amilləri nəzərə alaraq, bazar ertəsi AMB uçot dərəcəsinin 13%-dən 11%-dək endirilməsinə dair qərar qəbul edib”, - E.Rüstəmov bildirib.
Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi (8%-dən 7%-dək) və yuxarı həddi (16%-dən 13%-dək) endirilib.
E.Rüstəmov vurğulayıb ki, gələn dəfə AMB iyunun 14-də uçot dərəcəsinin təkrar baxılması məsələsini müzakirə edəcək.
AMB son dəfə uçot dərəcəsini cari il fevralın 12-də 15%-dən 13%-dək endirib. Bundan əlavə, faiz dəhlizinin aşağı həddi 10%-dən 8%-dək, yuxarı həddi 18%-dən 16%-dək endirilib.
Bununla belə, o gələcəkdə uçot dərəcəsinin endirilməsi üçün potensialın olduğunu qeyd edir. “Birinci rübdə manatla pul bazasının 11% artımına nail olmuşuq. Bank sektorunda likvidliyin mövcudluğu şəraitində bu artımı optimal hesab edirik. Bu cür şəraitin qorunması zamanı gələcəkdə uçot dərəcəsinin endirilməsi üçün potenasial var”, - AMB sədri vurğulayıb. **
N.Abbasova