2018-ci il martın sonuna Azərbaycanda orta illik inflyasiya səviyyəsi 4%-dək azalıb. Bu barədə Azərbayan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov məlumat verib.
"2018-ci ilin I rübünün əvvəlinə Azərbaycanda orta illik inflyasiya 4%-dək təşkil edib", - deyə o, bu gün mətbuat konfransında bildirib.
Sədrin sözlərinə görə, martın sonuna ərzaq malları üzrə orta illik inflyasiya 4,5%, qeyri-ərzaq malları üzrə – 4,3%, xidmətlər üzrə – 2,9% təşkil edib.
2017-ci ilin yekunları üzrə respublikada orta illik inflyasiya 12,9% təşkil edib.
İqtisadiyyat Nazirliyi 2018-ci ildə orta illik inflyasiyanı 6,1%, AMB - 6-8% səviyyəsində proqnozlaşdırır.*
N.Abbasova