Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov milli valyuta manatın devalvasiyası üçün fundamental əsasların olmadığını qeyd edir.
“Manatın dollara nisbətən məzənnəsinin azalması üçün fundamental aspektlər yoxdur”, - E.Rüstəmov bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda AMB qarşısında manatın məzənnəsinin çevikliyini təmin etmək vəzifəsi durur. “AMB və Maliyyə Nazirliyi bu istiqamətdə böyük iş həyata keçirir. Bu əsasən büdcə qaydalarının hazırlanması və qəbul edilməsidir ki, bundan sonra çevikməzənnə siyasəti təmin olunacaq”, - E.Rüstəmov əlavə edib.
2015-2016-cı illərdə devalvasiya nəticəsində manat dollara nisbətən 2 dəfədən çox ucuzlaçşıb. 2017-ci ildə manat AMB tərəfindən həyata keçirilən sərt valyuta siyasəti nəticəsində 4% möhkəmlənib. 2018-ci ilin birinci rübündə manat dollara nisbətən 0,01% möhkəmlənib. **
N.Abbasova