Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycan Xalq Cümhuriyyətinin (ADC) yaranmasının 100 və Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə yubiley sikkələri buraxmağı planlaşdırır. Bu barədə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib.
"Biz AXC-nin yaranmasının 100 və Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə yubiley sikkələri buraxmağı planlaşdırırıq", - deyə o, bu gün mətbuat konfransında bildirib.
Sədrin sözlərinə görə, AXC-nin yaranmasının 100 illiyinə həsr olunmuş sikkə mayın 28-dək Azərbaycana gətiriləcək.
"Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş sikkə də respublikaya mayda (10 may) gətiriləcək. AMB onun təqdimatını keçirəcək", - deyə E.Rüstəmov qeyd edib.
O əlavə edib ki, hər biri 2 min ədəd olan sikkələr Böyük Britaniyada kəsilib.*
N.Abbasova