2018-ci ilin I rübündə Azərbaycan iqtisadiyyatına ümumi investisiya qoyuluşları $3,5 mlrd. məbləğində olub. Bunu prezident İlham Əliyev deyib.
"Cari ilin I rübündə Azərbaycan uğurla inkişaf edib. Hesabat dövründə iqtisadiyyata $3,5 mlrd. investisiya qoyulub", - deyə o, bu gün Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Dövlət başçısının sözlərinə görə, 2018-ci ilin yanvar-mart aylarında Azərbaycanda 34 min yeni iş yeri yaradılıb.
İ.Əliyev vurğulayıb ki, Azərbaycan hökuməti iqtisadi islahatları davam etdirəcək. Bu, qeyri-neft sektorunun, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi sahələrinin inkişafını təmin edəcək, dəmir yolu və enerji infrastrukturunu yaxşılaşdıracaq.
O əlavə edib ki bu tədbirlər nəticəsində müsbət dinamika ilin sonuna qədər saxlanacaq.*
A.Əzizov