2016-2018-ci illərdə İqtisadiyyat Nazirliyi investisiya layihələri üzrə 257 investisiya təşviqi sənədi təqdim edib. Bunu prezident İlham Əliyev deyib.
“Bu ilin birinci rübündə 28 investisiya təşviqi sənədi və bu günə qədər cəmi 257 investisiya təşviqi sənədi verilib, 229 sahibkar bu imkanlardan faydalanıb. Bu layihələrə qoyulacaq və artıq qoyulmaqda olan sərmayənin həcmi 2,3 mlrd. manatdır.Təkcə bu proqram çərçivəsində 17 min yeni daimi iş yeri yaradılacaq”, - İ.Əliyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Prezident əmindir ki, bu məhsulun böyük hissəsi ixracyönümlü məhsul olacaq. “Bir istiqamətdə aparılan islahat görün nə qədər böyük xeyir verir.Ona görə, mən deyəndə ki, islahatlar dərinləşməlidir, bu, sadəcə olaraq, söz deyil, bunun arxasında çox ciddi proqramlar dayanır”, - dövlət başçısı vurğulayıb. **
A.Əzizov