2018-ci ilin birinci rübündə Azərbaycana səfər edən turistlərin sayı 2017-ci ilin analoji dövrü ilə müqayisədə 12,6% - 627,835 min nəfərədək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
“Hesabat dövründə Azərbaycana ən çox Rusiyadan turistlər səfər edib - 171,814 min nəfər (xüsusi çəki - 27,4% - İF). Bununla yanaşı, Azərbaycana səfər edən rusiyalıların sayı 11,188 min nəfər və ya 6,97% artıb”, - nazirlikdən qeyd ediblər.
İkinci və üçüncü yeri Gürcüstan (138,909 min nəfər) və İran (99,158 min nəfər) vətəndaşları tutub. Bununla beləı, gürcü turistlərin sayı 12,7% artıb.
Dördüncü yerdə 72,733 min nəfərlə Türkiyə vətəndaşları qərarıaşıb (artım 12,7%).
İlk beşlikdə BƏƏ-dən olan turistlər yer tutub - 29,317 min nəfər (artım 31%).
Ümumilikdə, 2018-ci ilin birinci rübündə MDB və Gürcüstandan Azətrbatcana turist axını 54,5% və ya 342,457 min nəfər təşkil edib. Aİ-nin üzv ölkələrindən Azərabycana 93,122 min nəfər (xüsusi çəki 14,8%), Fars körfəzi və Yaxın Şərq ölkələrindən 166,976 min nəfər (xüsusi çəki 26,5%), qalanı digər bölgələrdən səfər edib. **
F.İsazadə