Mənzil İnşaatı Dövlət Agentliyi sosial mənzil tikintisi layihəsi çərçivəsində 2020-ci ildə Hövsan Yaşayış Kompleksini tam istifadəyə verməyi planlaşdırır. Bunu Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri SamirNuriyev deyib.
“Hövsan Yaşayış Kompleksində ilk mənzillərin 2019-cu ilin yay aylarında, yaşayış massivinin isə 2020-ci ildə tam təhvil verilməsi planlaşdırılır. Burada 10 min nəfərdən çox insanın yaşaması gözlənilir”, - S.Nuriyev PRezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.
O xatırladıb ki, Hövsan Yaşayış Kompleksi 3 minə yaxın mənzildən, 1920 şagird yerlik orta məktəbdən, hər biri 260 yerlik olmaqla iki uşaq bağçasından, xəstəxanadan və digər ictimai obyektlərdən ibarət olacaq. **
N.Abbasova