Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MIDA) Sumqayıtda sosial mənzil kompleksi inşa etməyi planlaşdırır. Bunu agetliyin İdarə Heyətinin sədri Samir Nuriyev deyib.
“Yaşayış komplekslərinin tikintisi ilə bağlı cari layihələrlə paralel olaraq, agentlik növbəti layihələrin reallaşdırılması üçün də zəruri addımlar atır. Sumqayıt şəhərində də sosial mənzillərin tikintisi üçün torpaq sahəsi müəyyənləşdirilib. Yaxın vaxtlarda Nazirlər Kabineti tərəfindən həmin torpaq sahəsinin ayrılması gözlənilir”, - deyə o, aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Sədrin sözlərinə görə, agentlik növbəti layihələr üçün torpaq sahələrinin müəyyənləşdirilməsi işini davam etdirir.*
N.Abbasova