2018-ci ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin sayı 0,1% və ya 13,387 min nəfər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2018-ci il martın 1-nə respublika əhalisinin sayı 9 mln. 911,472 min nəfər təşkil edir.
Ölkədə əhalinin sıxlığı bir kvadrat kilometrə 114 nəfərdir.
Əhalinin 52,9%-i şəhər, 47,1%-i isə kənd sakinləridir. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.
Hazırda hər 1 min kişiyə orta hesabla 1,004 min qadın düşür.
Yanvar-fevral ayları ərzində ölkə üzrə 23,331 min doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib. Doğulan körpələrin 52,7%-i oğlan, 47,3%-i isə qız uşaqlarından ibarətdir. Körpələrin 422 mini əkiz, 27-si isə üçəm doğulanlardır.
Qeyd olunan dövrdə 10,5 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 min nəfərinə ölənlərin sayı 6,6 təşkil edib.
Hesabat dövründə ölkədə qeydiyyat şöbələri tərəfindən 8,065 min nikah və 2,383 min boşanma halı qeydə alınıb.
Yanvar-fevral ayları ərzində Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 756 min nəfər gələn və 202 min nəfər ölkədən gedən qeydə alınıb.**
F.İsazadə