2018-ci ilin I rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5% - 999,85 mln. manatadək artıb. Bu barədə nazirliyin məlumatında deyilir.
“Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 507,85 mln. manat (2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə artım 9,61%) təşkil edib. Daxilolmaların 63,8%-i və ya 324,18 mln. manatı (artım 10,03%) özəl sektorun payına düşüb. Proqnoz 102,1% icra olunub”, - deyə məlumatda bildirilir.
2018-ci il aprelin 1-nə sistemdə qeydiyyatda olan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8% artaraq 3 mln. 607,972 min nəfərə çatıb.
DSMF-nin 2018-ci il üçün gəlir və xərcləri 3 mlrd. 578 mln. 760 min manat məbləğində təsdiq edilib.*
B.Rüstəmbəyov