Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkilərində iştirak üçün xaricdə olan respublika vətəndaşları üçün bütün zəruri şəraitin yaradıldığını qeyd edir.
“Xaricdəki Azərbaycan vətəndaşları üçün bütün zəruri şərait yaradılıb (səsvermə prosesi üçün xaricdə 41 məntəqə təşkil olunub - İF)”, - M.Pənahov çərşənbə axşamı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda prezident seçkiləri xaricdə və ölkə daxilində böyük maraq kəsb edir. “Biz 900-ə yaxın xarici müşahidəçi qeydə almışıq, onların coğrafiyası genişdir - Avstraliyadan Kanadaya qədər uzanır. Yerli müşahidəçilərin sayı 59-a yaxın təşkil edir”, - M.Pənahov qeyd edib.
O bildirib ki, 1 min seçki məntəqəsində veb-kameralar quraşdırılıb. “Veb-kameraların rolunu qeyd etmək istərdim. Onlar seçki məntəqələrinin 18%-i əhatə edir. Biz həmçinin məntəqələrdə müşahidəçilərə səsvermə prosesini izləmələri üçün hər cür şərait yaratmışıq”, - M.Pənahov vurğulayıb.
O əlavə edib ki, aprelin 11-də MSK ictimaiyyətə səsvermənin gedişi və seçkilərdə iştiraka dair məlumatı 5 dəfə verməyi planlaşdırır. **
F.İsazadə