Aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.
Azərbaycanda növbəti prezident seçkiləri 2018-ci il oktyabr ayının 17-də keçirilməli idi. Lakin fevralın 5-də prezident İlham Əliyev 2018-ci il aprelin 11-də növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Prezident postu uğrunda 8 nəfər – İlham Əliyev, Zahid Oruc, Araz Əlizadə, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Hafiz Hacıyev, Razi Nurullayev və Sərdar Cəlaloğlu mübarizə aparacaq.
Seçki məntəqələri saat 08:00-da açılacaq və saat 19:00-da bağlanacaq.
Azərbaycanda 5 mln. 309,434 min nəfər səsvermə hüququna malikdir.
Prezident seçkiləri ilə əlaqədar125 seçki dairəsi üzrə 5 426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərəcək. Xaricdə isə 41 seçki məntəqəsi açılacaq.
1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
«Seçkilərlə əlaqədar 60 təşkilat və 59 ölkədən 890 beynəlxalq müşahidəçi akkreditə olunub. Akkreditə olunmuş yerli müşahidəçilərin sayı isə 58,175 min nəfərdir.
Seçkilərdə 4 təşkilat “exit-poll” keçirəcək.*