Maliyyə naziri Samir Şərifov 2018-ci il dövlət büdcəsinin parametrlərinə yenidən baxılması mümkünlüyünü istisna etmir.
"Büdcə qanunvericiliyi dövlət büdcəsinin proqnozlarına yenidən baxılmasına imkan verir. Lakin bununla bağlı danışmaq hələ tezdir", - deyə o, bu gün jurnalistlərə bildirib.
Nazirin sözlərinə görə, hazırda Azərbaycanda makroiqtisadi sabitlik üçün fundamental risklər yoxdur.*
N.Abbasova