Maliyyə naziri Samir Şərifov “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin maliyyə vəziyyətinin sabitləşdiyini qeyd edir.
"ABB-də maliyyə sağlamlaşdırması, o cümlədən toksik aktivlərin ötürülməsi prosesi başa çatmaq üzrədir. Bütövlükdə, bankda maliyyə vəziyyəti sabitləşib", - deyə o, bu gün jurnalistlərə bildirib.
Nazir hesab edir ki, bu vəziyyət ABB-nin özəlləşdirilməsinə başlamağa imkan verir.
S.Şərifov əlavə edib ki, hazırlıq prosesi müəyyən vaxt aparacaq.
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti ABB-ni bu ilin sonunadək özəlləşdirməyi planlaşdırır.
A.Əzizov