SOCAR şirkəti (ARDNŞ) Avropa, Asiya və Afrika ölkələrində qaz-nəqliyyat infrastrukturunun inkişafına investisiya yatırmaqda maraqlıdır. Bu barədə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirova istinadən yerli mətbuat məlumat verib.
“SOCAR-ın Avropa, Asiya və Afrikanın bir sıra ölkələrində qaz-nəqliyyat sistemlərinin inkişafına investisiyalara dair planları var. Söhbət konkret olaraq Burkina-Faso, Kod-d`İvuar, Benin və s. ölkələrdən gedir”, - E.Nəsirov vurğulayıb.
O həmçinin məlumat verib ki, şirkət Aralıq dənizi hövzəsində neft emalı zavodlarının birinin alınmasına maraq göstərir.
“SOCAR-ın Sisiliyada (İtaliya) “ЛУКОЙЛ”a məxsus “Isab” NEZ-ə xüsusi marağına dair mətbuatda yayılan məlumat yanlışdır. Əslində biz bütövlükdə Aralıq dənizində NEZ ilə maraqlanırıq”, - E.Nəsirov bildirib. **
N.Abbasova