2018-ci iln birinci rübündə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri təxminən $2 mlrd. artıb. Bunu fondun icraçı direktoru Şahmar Mövsümov bu gün jurnalistlərə deyib.
Xəbər verildiyi kimi, 2017-ci ilin yekunları üzrə fondun gəlirləri $35 mlrd. 806,5 6 mln. olub. Beləliklə, 2018-ci ilin birinci rübündə fondun aktivləri təxminən $38 mlrd.-a qədər artıb.
“Aktivlərin artımı dünya bazarlarında neftin qiymətindən asılıdır. Bu qiymətlər proqnozumuzu üstələyib, müvafiq olaraq, bu da ARDNF-nin 2018-ci il ərzində vəsaitlərinin göstəricisində əks olunacaq. 2018-ci ilin birinci rübü ərzində ARDNF-nin aktivlərinin artımı $2 mlrd.-a yaxın təşkil edib”, - Ş.Mövsümov bəyan edib. **
N.Abbasova