Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2017-ci il üzrəRusiyanın "VTB Bankı"nda dividendlərin kəskin artmasını gözləyir. Bunu jurnalistlərə fondun icraçı direktoru Şahmar Mövsümov deyib.
“Bu ilin may ayında Sankt Peterburqda bankın səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Bu yığıncaqda həm Müşahidə Şurasının yeni üzvləri təyin olunacaq, həm də 2017-ci ilin nəticələrinə əsasən dividendlərin ödənilməsi gözlənilir. Bu il əvvəlki ilə nisbətən dividendlərin kəskin artmasını gözləyirik”, – deyə o bildirib.
Bununla belə, icraçı direktor dividendlərin həcmi barədə açıqlama verməyib.*
B.Rüstəmbəyov