Saat 15:00-a olan məlumata görə, prezident seçkilərində seçicilərin 60,74%-i səs verib. Bu barədə MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.
"Biz seçicilərin yüksək fəallığını müşahidə edirik. Saat 15:00-a artıq 3 mln. 227,817 min nəfər və ya 60,74% seçici səs verib”, - deyə məlumatda bildirilir.
Səsvermə ilə bağlı yüksək fəallıq, ilk növbədə bölgələrdə müşahidə edilir.*
F.İsazadə