Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin gedişatı zamanı səsvermə prossinə dair bir sıra internet resursların yaydığı xəbər və videoların saxta olduğunu hesab edir.
“Sosial şəbəkələrdə Meydan TV və bir sıra digər saytlar tərəfindən həqiqətə uyğun olmayan və heç bir fakta söykənməyən uydurma məlumatlar yayılır. Ümumilikdə seçkilər dövrü və səsvermə günü hazırki vaxta qədər hər hansı qanun pozuntusunun olmasına dair Mərkəzi Seçki Komissiyasına heç bir rəsmi məlumat daxil olmayb”, - məlumatda qeyd edilir.
Xüsusilə, Bakı şəhəri və regionlarda seçki məntəqələrində pozuntular barədə qeyd olunur.
“MSK hesab edir ki, bu kimi saxta məlumat yayan internet resurslarının və sosial şəbəkə profillərinin əsas məqsədi ölkədə keçirilən seçkilərə kölgə salmaq, eyni zamanda beynəlxalq və yerli müşahidəçiləri yanıltmaq məqsədi daşıyır. MSK xüsusi olaraq vurğulayır ki, mümkün pozuntuların qarşısının almaq və hər hansı bir pozuntu baş verdiyi tədqirdə nəticələrinin aradan qaldırılması istiqamətində lazımi addımlar atacaq”, - bəyanatda deyilir. **
F.İsazadə