Rusiyanın UTair şirkəti iyunun 6-dan etibarən Tümen-Bakı marşrutu ilə birbaşa uçuşların həyata keçirilməsinə başlayacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən bildiriblər.
“Uçuşlar həftədə bir dəfə - bazar günləri həyata keçiriləcək. Uçuş Tümenin «Рощино» hava limanından yerli vaxtla 18:00-da, eniş “Heydər Əliyev” Beynəlxalq Hava Limanında yerli vaxtla 20:30-da olacaq”, - şirkətdən qeyd ediblər.
Bu istiqamətdə uçuşlar yay mövsümü boyu və sentyabrın 5-dək davam edəcək. **
N.Abbasova