Azərbaycanda keçirilən prezident seçkilərində səsvermə saat 19:00-da başa çatıb.
Prezident seçkiləri ilə əlaqədar 125 seçki dairəsi üzrə 5 426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Xaricdə isə 41 seçki məntəqəsi açılıb.
1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Azərbaycanda 5 mln. 309,434 min nəfər səsvermə hüququna malikdir.
Artıq səslərin sayılmasına başlanılıb.*
F.İsazadə