“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin prezident seçkiləri ilə bağlı keçirdiyi “exit-poll”un nəticələrinə görə, İlham Əliyev 82,71% səslə seçkilərdə qalib gəlir.
"Seçici fəallığı gün ərzində 68,7% olub. İlham Əliyev 82,71% səs toplayıb", - deyə mərkəzin rəhbəri İradə Yaqubova mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, “exit-poll”un nəticələri belədir: Zahid Oruc - 3,37%, Sərdar Cəlaloğlu – 3,56%, Hafiz Hacıyev – 2,1%, Fərəc Quliyev – 1,33%, Qüdrət Həsənquliyev – 4,23%, Razi Nurullayev – 0,92%, Araz Əlizadə - 1,87%.*