ABŞ-ın "Artur J.Finkelstein and Associates” təşkilatı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birlikdə Azərbaycandakı prezident seçkilərində keçirdiyi "exit-poll"un nəticəsini açıqlayıb. Nəticələrə əsasən İlham Əliyev 85,57% səs toplayıb.
""Exit-poll"da 40 seçki dairəsi üzrə 14 min nəfər iştirak edib. Seçicilərin 85,57%-i İlham Əliyevə səs verib", - deyə təşkilatın nümayəndəsi Corc Brinbaun bildirib.
Onun sözlərinə görə, Zahid Oruc 2,92%, Sərdar Cəlaloğlu 2,48%, Hafiz Hacıyev 1,76%, Fərəc Quliyev 1,52%, Qüdrət Həsənquliyev 2,96%, Razi Nurullayev 1,37%, Araz Əlizadə 1,42% səs toplayıb.
Xəta ehtimalı 1% təşkil edib.*
F.İsazadə, B.Rüstəmbəyov