Aprelin 11-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə telefonla zəng edərək prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib. Bu barədə Azərbaycan prezidentin mətbuat xidməti məlumat verir.
Türkiyə lideri İ.Əliyevə prezidentlik fəaliyyətində yeni uğurlar arzulayıb.
Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
“Prezidentlər Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər”, - məlumatda vurğulanır. **
B.Rüstəmbəyov