Türkiyənin baş naziri Binəli Yıldırım İlham Əliyevi Azərbaycanda prezident seçkilərində qələbə münasibətilə təbrik edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Aprelin 11-də Azərbaycanda keçirilən seçkilərdə prezident vəzifəsinə yenidən seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi çatdırıram. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin istər ikitərəfli, istərsə də çoxtərəfli platformalarda dərinləşərək irəliləməsindəki liderlik rolunuzun davam edəcəyinə və qarşılıqlı münasibətlərimizin qardaş xalqlarımızın xeyrinə olaraq daha da yüksək səviyyəyə çatacağına inamım qətidir”, - təbrik məktubunda deyilir. **
B.Rüstəmbəyov