Azərbaycanın hazırki prezidenti İlham Əliyev dövlət başçısı seçkilərində liderdir, seçicilərin 86%-i ona səs verib. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov cümə axşamı mətbuat konfransında deyib.
“Hazırda səslərin hesablanamsı prosesi davam edir. 5 min 201 seçki məntəqəsi və ya bütün seçki məntəqələrinin 92,2%-i hesabat verib. Hazırki prezidenti İlham Əliyev 86% səs ilə liderdir”, - M.Pənahov bildirib.
Ümumilikdə, artıq 3 mln. 723 min 278 bülleten sayılıb, 3 mln. 192 min 522 nəfər İ.Əliyevə səs verib.
MSK sədri qeyd edib ki, yalnız xaricdə açılan seçki məntəqələri və ölkə daxilində bir sıra məntəqələrinin bülletenləri sayılmayıb. “Düşünürəm ki, sabah səhər səsverməyə dair son məlumatları səsləndirə biləcəyik”, - o bildirib.
M.Pənahov vurğulayıb ki, Qüdrət Həsənquliyev 3,04%, Sərdar Cəlaloğlu 3,02%, Zahid Oruc 3,11%, Hafiz Hacıyev 1,51%, Araz Əlizadə 1,39%, Fərəc Quliyev 1,18% və Razi Nurullayev 0,75% səs toplayıb.
Seçici fəallığı 74,5% təşkil edib. **
A.Əzizov