İran prezidenti Həsən Ruhani İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib. Bu barədə İran mətbuatı xəbər verir.
“Sizi yenidən prezident seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu seçim Azərbaycan xalqının hökumətinizin həyata keçirdiyi uğurlu siyasəti dəstəklədiyini və sizin rəhbərliyinizlə bu inkişafın davam etdirilməsində maraqlı olduqlarını göstərir”, - deyə o bildirib.
H.Ruhani İran-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin hər iki ölkə liderlərinin səyləri ilə daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.*
N.Abbasova