Rusiya Federasiyasının prezidenti Vladimir Putin İlham Əliyevə Azərbaycan Respublikası prezidenti vəzifəsinə təkrar seçilməyi münasibətilə təbrik teleqramı ünvanlayıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat verir.
“Rusiya dövlətinin liderinin təbrikində qeyd olunur ki, seçkilərdə İ.Əliyevin inamlı qələbəsi onun yüksək siyasi nüfuzunu təsdiq edir, Azərbaycan qarşısında duran aktual sosial-siyasi və xarici siyasi məsələlərin həllində nailiyyətlərinin bariz nümunəsidir”, - məlumatda deyilir.
Qeyd olunur ki, “Rusiya prezidenti Moskva ilə Bakı arasında dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsinə dair İ.Əliyevin səylərini yüksək qiymətləndirir və əmindir ki, birgə səylərlə dövlətlər bütün sahələrdə səmərəli ikitərəfli əməkdaşlığın gələcəkdə inkişafını, o cümlədən regional və beynəlxalq məslələrdə tərəfdaş qarşılıqlı əlaqəni təmin edəcəklər, bu isə, şübhəsiz, Rusiya və Azərbaycan xalqlarının əsas maraqlarına cavab verir”. **