Azərbaycanda 2014-2017-ci illərdə 554,4 mln. ton xam neft, 308,5 mlrd. kubmetr təbii qaz hasil edilib. Bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partyiasının (YAP) saytında dərc olunan müsahibəsində bildirib.
“Azərbaycanda 2014-2017-ci illərdə sənaye müəssisələrinin və fərdi sahibkarların fəaliyyəti nəticəsində sənaye məhsulu istehsalı hər il orta hesabla 7,1% artaraq 508,8 mlrd. manat təşkil edib. Bu illər ərzində ölkədə qaz kondensatı da daxil edilməklə 554,4 mln. ton xam neft, 308,5 mlrd kubmetr təbii qaz hasil edilib”, - T.Budaqov məlumat verib.
Beləliklə, son 14 il ərzində orta illik neft hasilatı 39,6 mln. ton, qaz hasilatı 22 mlrd. kubmetr təşkil edib.
O qeyd edib ki, 2003-cü illə müqayisədə ötən il neftin hasilatı 2,5 dəfə, təbii qazın hasilatı isə 5,6 dəfə artıb.
T.Budaqovun sözlərinə görə, 2014-2017-ci illərdə ölkədə 16,5 mln. ton avtomobil benzini, 32,8 mln. ton dizel yanacağı, 8,8 mln. ton ağ neft istehsal olunub. **
N.Abbasova