Azərbaycanın hazırki prezidenti İlham Əliyev dövlət başçısı seçkilərində qalib gəlib, seçicilərin 86,03%-i ona səs verib. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov cümə axşamı mətbuat konfransında deyib.
“Səslərin hesablanması prosesi başa çatıb. Hazırki prezidenti İlham Əliyev 86,03% səs toplayaraq seçkilərdə qələbə qazanıb”, - M.Pənahov bildirib.
Onun sözlərinə görə, 3 mln. 397 min 664 nəfər İ.Əliyevə səs verib.
M.Pənahov vurğulayıb ki, Qüdrət Həsənquliyev 3,02%, Sərdar Cəlaloğlu 3,03%, Zahid Oruc 3,11%, Hafiz Hacıyev 1,52%, Araz Əlizadə 1,38%, Fərəc Quliyev 1,17% və Razi Nurullayev 0,74% səs toplayıb.
“Seçici fəallığı 74,3% təşkil edib. Seçkilər intizam şəraitində keçirilib, bunu beynəlxalq və yerli müşahidəçilər təsdiq edirlər”, - M.Pənahov vurğulayıb. **
F.İsazadə